Putinə söz verən Prezident: “İstənilən cəzaya razıyam”

Putinə söz verən Prezident: “İstənilən cəzaya razıyam”

Serbiya Prezidenti Aleksandr Vuçiç Rusiya lideri Vladimir Putinə mayın 9-da müharibədə Qələbənin 80-ci ildönümünün qeyd edilməsinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Moskvaya gelməyə söz verdiyini bildirib.

“Cebheinfo.az” xəbər verir ki, bunu TASS yazıb.

"Prezident Putinə söz verdim ki, bu gün burada olacağam və dediyim kimi etdim. Amma düşünürəm ki, Rusiya Prezidenti ilə ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı mütəşəkkil söhbət bizim üçün çox vacibdir. Lakin bizim böyük vəzifəmiz var - Böyük Vətən müharibəsində Qələbənin xatirəsini yaşatmaq.

 Mən fəxr edirəm ki, serb xalqının da bu qələbədə rolu var. Bu qonaqpərvərliyə, səmimi qarşıladığınız üçün Serb xalqının adından təşəkkür edirəm",-deyə o, “Telegram” kanalında Pavel Zarubinə müsahibəsində deyib.

Moskvanın Qırmızı Meydanda Serbiya mətbuatına danışan Serbiya Prezidenti “faşizm üzərində Qələbənin 80-ci ildönümünü qeyd etmək üçün görkəmli və möhtəşəm tədbirin keçiriləcəyi” Rusiyanın paytaxtında olmaqdan qürur duyduğunu söyləyib.

Vuçiç, həmçinin bildirib ki, o, Moskvaya səfərinə görə Avropa nümayəndələrindən tənqid gözləyir, lakin hər hansı şikayət olarsa, ciddi cavab vermək və “hər şeyi demək” niyyətindədir. O, rəsmi Belqradın Qələbə Paradı üçün Moskvaya səfərindən və Rusiya Prezidenti ilə danışıqlardan əziyyət çəkməyəcəyini və Avropa İttifaqının istənilən “cəzasını” qəbul etməyə hazır olduğunu vurğulayıb.

Əvvəllər məlum olub ki, Baltikyanı ölkələr öz hava məkanını dünya liderləri, xüsusən də Rusiya Federasiyasına səfərə gedən Vuçiç üçün bağlayıb.

Xəzər
“Cebheinfo.az”