Avdeyevkaya görə generala “Qızıl Ulduz” verildi

Avdeyevkaya görə generala “Qızıl Ulduz” verildi

Ukraynanın Donetsk vilayətində Avdeyevka şəhərinin tutulması əməliyyatına komandanlıq edən general-polkovnik Andrey Mordviçevə “Qızıl Ulduz” medalı təqdim edilib.

Medalı Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu təqdim edib. 

"Cebhe.info" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Şoyqu Mordviçevi təbrik edib, ona qarşıya qoyulan tapşırıqları nümunəvi yerinə yetirdiyinə görə təşəkkür edib və hərbi xidmətində bundan sonra da daha böyük uğurlar arzulayıb. Qeyd edək ki, fevralın 18-də Rusiya Silahlı Qüvvələri Avdeyevkanı tutub. Şəhər tamamilə Mordviçevin komandanlığı altındakı ordu hissəsləri tərəfindən nəzarətə götürülüb.

Həsən Məmmədov 
"Cebhe.info"