Aleksey Navalnı ilə bağlı şok iddia: Ölüm əmrini kim verib?

Aleksey Navalnı ilə bağlı şok iddia: Ölüm əmrini kim verib?

ABŞ-da çıxan "Wall Street Journal" qəzetinin məlumatına görə, ABŞ kəşfiyyat orqanları fevral ayında həbsxanada ölən rusiyalı müxalifət lideri Aleksey Navalnının ölüm əmrinin Rusiya Prezidenti Vladimir Putin tərəfindən verilmədiyini müəyyən edib.

"Cebhe.info" xəbər verir ki, Navalnı Putinin ən sərt tənqidçisi idi.

Rusiya hakimiyyəti tərəfindən ekstremist damğası vurulan onun müttəfiqləri Putini onu öldürməkdə günahlandırıb və iddialarını təsdiqləmək üçün əllərində dəlillər olduğunu bildiriblər.

Kreml Navalnının ölümündə dövlətin əli olduğunu inkar edib. 

Məsələ ilə yaxından tanış olan mənbələrə əsaslanan xəbərə görə, ABŞ kəşfiyyat orqanları Putinin Navalnının öldürülməsinə göstəriş vermədiyi qənaətinə gəliblər.

Qəzet hələ də Navalnının ölümünə görə Rusiya lideri Putini ümumi məsuliyyətdən azad etməyib. Müxalifətçi siyasətçi illərdir Rusiya hakimiyyətinin hədəfindədir.

Putinin məsuliyyət daşımadığı iddiası ABŞ kəşfiyyat ictimaiyyəti tərəfindən geniş şəkildə qəbul edilib və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, Milli Kəşfiyyat İdarəsi və Dövlət Departamenti də daxil olmaqla bir çox qurum tərəfindən paylaşılıb. Navalnının müttəfiqlərindən Leonid Volkov ABŞ-ın bu ifadələrini gülünc adlandırıb.

Ləman İsmayıl
"Cebhe.info"