İlk dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

İlk dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Ən ölümcül dəri xərçəngi növü olan "melanoma"ya qarşı dünyanın ilk fərdiləşdirilmiş mRNT peyvəndinin sınaqları İngiltərədə aparılır.

"Cebhe.info" xəbər verir ki, ilkin nəticələrə görə, "Moderna" və "MSD" tərəfindən hazırlanan vaksin sağ qalma şansını artırır. 

Sınaqlarda 1100 nəfərin iştirak edəcəyi və COVID-19 peyvəndi ilə eyni texnologiyadan istifadə ediləcəyi bildirilib.

Peyvənd şişlə mübarizə aparmaq üçün immuniteti gücləndirmək üçün nəzərdə tutulub.

Yeni peyvənddə istifadə edilən “MRNA-4157” (V940) adlı maddə hər bir xəstəyə xas olan “şiş neoantigenlərini” hədəf alır.

Testlərdə həkimlər peyvəndi immun sisteminin xərçəng hüceyrələrini öldürməsinə kömək edən “pembrolizumab” və ya “Keytruda” adlı dərmanla birlikdə verirlər.

Həmin qrupda çalışan Dr Heather Shav deyib ki, "Virusun genetik kodunu daşıyan RNT-ni ehtiva edən peyvəndin "melanoma" ilə mübarizədə immuniteti gücləndirəcəyinə böyük ümid var".

Nigar
"Cebhe.info"