Ekvadorda helikopter qəzası nəticəsində 8 nəfər ölüb

Ekvadorda helikopter qəzası nəticəsində 8 nəfər ölüb

Cənubi Amerika ölkəsi Ekvadorda hərbi helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb. 

"Cebhe.info" xəbər verir ki, Ekvador ordusundan verilən açıqlamada Amazon meşələrində qəzaya uğrayan helikopterdə olan 5 əsgər və 3 mülki vətəndaşın həyatını itirdiyi deyilir.

Qəza ilə bağlı araşdırmalara başlanıldığı bildirilib. 

Həyatını itirənlərin Amazon əyalətinin Pastaza şəhərində daşqından zərər çəkənlərə yardım etmək üçün vəzifə yerinə yetirən şəxslər olduğu açıqlanıb.

Ekvador Prezidenti Daniel Noboa sosial media hesabından verdiyi açıqlamada qəzadan dərin kədərləndiyini bildirib:

"Humanitar yardım edən əsgərlər və dövlət məmurlarının başına gələn faciəvi qəza məni dərindən kədərləndirdi. Ekvadorlulara kömək etmək üçün qəhrəmancasına bir vəzifə yerinə yetirdilər".

Ləman İsmayıl
"Cebhe.info"