Qarabağdan qaçan terrorçular etirazçı keşişə qoşulub

Qarabağdan qaçan terrorçular etirazçı keşişə qoşulub

Ermənistanda “Ehtiyatda olan zabitlər hərəkatı”, “Vətən qalxanı” ehtiyatda olan zabitlər hərəkatı, “Qarabağ müharibəsi veteranları ittifaqı”, “Sissakan” dəstəsi, “Vətənin səsi” ziyalıların təşəbbüs qrupu, Vitali Balasanyanın ofisi, “Qayıdış” Fondu və “Milli Qvardiya” arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatına qoşulub.

“Cebhe.info” xəbər verir ki, bu barədə birgə yayılan bəyanatda deyilir.

Bəyanat müəliflləri Ermənistanın hakimiyyətindən və təhlükəsizlik qüvvələrindən zorakılıqdan çəkinməyi, təzyiq üsullarından istifadəni dayandırmağı tələb ediblər. 

Yeni hərəkata qoşulanlar arasında Qarabağda 44 günlük müharibədə fərarilik edənlərin də olduğuna dair sosial şəbəkələrin erməni seqmentində məlumatlar var.

Xəzər
“Cebhe.info”