Məşhur iş adamı qətl sifariş verib

Məşhur  iş adamı qətl sifariş verib

Ukraynalı iş adamı İqor Kolomoyski sifarişli qətlin təşkilində şübhəli bilinir.

“Cebhe.info”-nun RBC-yə istinadən məlumatına görə, sahibkar 2022-ci ildən istintaq altındadır və adı indi başqa işdə hallandırılır.

Prokurorluğun məlumatına görə, hələ 2003-cü ildə Kolomoyski qisas almaq üçün hüquq firmasının direktoruna hücum etmək üçün adamlar tutub. Müstəntiqlərin fikrincə, qarşıdurma “DneprSpetsStal” müəssisəsi ətrafında korporativ mübahisə zamanı baş verib. Qurban Kolomoyskinin göstərişlərini yerinə yetirməkdən imtina edən vəkil Sergey Karpenko olub. O, bıçaqla vurulsa da, sağ qalıb.

Cinayəti törədən şəxslər saxlanılıb. 2005 və 2016-cı illərdə Kolomoyskiyə qarşı iş açılsa da, ona qarşı ittiham irəli sürülməyib. İndi Kolomoyskinin günahına dair sübutlar ortaya çıxıb.

Xəzər
“Cebhe.info”