Nihat Doğan boşanır

Nihat Doğan boşanır

Türkiyəli məşhur müğənni Nihat Doğan boşanır.

"Cebhe.info" xəbər verir ki, sevilən sənətçi 2 il öncə evləndiyi Arzu Qarlar ilə ayrılmağa qərar verib.

Nihat Doğanın konsertlərindən sonra xanımının qısqanclıq etməsinin boşanmaya səbəb olduğu iddia edilir. 

Tərəflərin boşanmaqla bağlı hər hansısa problem yaratmayacaqları deyilir. Hətta Türkiyə mətbuatında Nihat Doğanın bir evini xanımına verdiyi barədə xəbərlər dərc olunub.

Arzu Qarlar da "Instagram"da etdiyi paylaşımı ilə boşanma iddialarını təsdiqləyib:

"Boşanma ilə bağlı çox mesaj gəlir. Bəli, xəbərlər doğrudur. Biz Nihat Doğan ilə boşanırıq. Amma səbəbi haqqında açıqlama vermək istəmirəm. Aramızdakı hekayə başa çatdı. Hər kəsin yolu açıq olsun".

Qeyd edək ki, cütlüyün bir oğlu var. 

Elmir Mustafa 
"Cebhe.info"