Çanakkaledə zəlzələ

Çanakkaledə zəlzələ

Türkiyənin Çanakkale vilayətində yenidən zəlzələ qeydə alınıb.

Bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Ayvacık rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.2 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 25.9 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Episentr Egey dənizində yerləşib.

"Cebhe.info"