Serb nazirdən Mirzoyana cavab

Serb nazirdən Mirzoyana cavab

Serbiya Respublikasının yeni təyin olunmuş xarici işlər naziri Marko Curiç Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ona ünvanladığı təbrikə cavab verib.

Serbiyalı nazir bu barədə X-dəki səhifəsində yazıb:

“Həmkarım Ararat Mirzoyanın səmimi təbriklərini yüksək qiymətləndirirəm. Bu il biz Serbiya ilə Ermənistan arasında diplomatik münasibətlərin 30 illiyini qeyd edirik və mən gələcək əməkdaşlığımızın perspektivlərinə nikbin baxıram”, - deyə nazir qeyd edib.

"Cebhe.info"