Sahibsiz itlər təhlükə saçır: Bələdiyyə sədri çarəsiz durumda qalıb

Sahibsiz itlər təhlükə saçır: Bələdiyyə sədri çarəsiz durumda qalıb

Abşeron rayonu Saray qəsəbəsində sahibsiz itlərin sakinlərə təhlükə yaradır.

Belə ki, axşam saatlarında küçələrdə saysız hesabsız sahibsiz itlər sürü halında gəzərək vətəndaşlara, dərsə gedən uşaqlara hücüm edirlər. Nəzərə alsaq ki, sahibsiz itlərdə quduzluq ola bilər, bu zaman təhlükə daha da böyüyr. 

Abşeron rayonu Saray bələdiyyəsinin sədri Şahlar Məhərrəmov “Cebhe.info”-ya açıqlamasında bildirib ki, sahibsiz itlər qəsəbənin ən aktual problemlərindən biridir: 

“Tez-tez Saray qəsəbəsi bələdiyyəsinə sahibsiz itlərlə bağlı müraciətlər daxil olur. Bələdiyyə olaraq o itlərlə mübarizə aparmağa çalışsaq da, buna əngəl olurlar. Belə ki, bələdiyyə işçiləri itləri toplamağa çalışarkən, bu, heyvansevərlər tərəfindən narazılığa səbəb olur. Onlar sosial şəbəkələrdə bu məsələni qabardaraq bələdiyyə ilə bağlı xoşagəlməz ifadələr işlətməkdən çəkinmir, təhqir edir və bunu da sosial şəbəkələrdə paylaşırlar”. 

O vurğulayıb ki, bəzi heyvansevərlər üçün sahibsiz itlər azyaşlı körpələrdən daha dəyərlidir:

“Keçən həftə bələdiyyəyə müraciət daxil olmuşdu ki, azyaşlı uşağı it dişləyib. Məktəb ətrafında saysız- hesabsız itləri toplamaq istəyəndə, heyvansevərlər bunu imkan vermirdilər. Onlara deyirik ki, bu, bir körpənin həyatından daha dəyərlidir?

Cavabında deyirlər ki, uşaqlar günahkardır, onlar itləri qəzəbləndirir və s. Belə durumda bilmirik nə edək ki, tərəflər razılaşsın”. 

Sədr qeyd edib ki, sahibsiz it probleminin həlli üçün ölkə səviyyəsində addım atılmalıdır. 

Həsən Məmmədov 
“Cebhe.info”