Huşunu itirib xəstəxanaya aparıldı: 5 ay sonra evə buraxıldı - Bakıda ŞOK

Huşunu itirib xəstəxanaya aparıldı: 5 ay sonra evə buraxıldı - Bakıda ŞOK

Respublika Neyrocərrahiyyə Xəstəxanasına qəflətən huşunu itirməsinə görə gətirilən 29 yaşlı pasiyent 5 aydan sonra ambulator müalicə üçün evə buraxılıb.

TƏBİBd-dən verilən məlumata görə, 29 yaşlı pasiyent qəflətən huşunu itirib və koma vəziyyətində Respublika Neyrocərrahiyyə Xəstəxanasına gətirilib. KT müayinəsinə əsasən sağ alın payının beyindaxili hematoması, AVM qanama aşkar edilib. Op. Dr. Elşən Hüseynzadə tərəfindən təcili əməliyyat olunmasına baxmayaraq vəziyyəti ağır olaraq qiymətləndirilib və tibb müəssisəsinin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində 5 ay stasionar müalicə alıb.

Pasiyent həkim-neyrocərrah Elşən Hüseynzadə, anestezioloq-reanimatoloq Elza Qasımova və Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri Polina Əliyeva (həkim-infeksionist) tərəfindən müalicə olunaraq koma vəziyyətindən çıxıb. Pasiyentin vəziyyəti qənaətbəxş olduqdan sonra ambulator müalicə üçün evə yazılıb.

Qeyd edək ki, pasiyentin vəziyyəti daimi olaraq tibb müəssisəsinin həkimləri tərəfindən müşahidə altında saxlanacaq. 

"Cebhe.info"