Daşqın onlarla insanı öldürüb

Daşqın onlarla insanı öldürüb

Braziliyada leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 107-yə, itkin düşənlərin sayının isə 136-ya yüksəldiyi bildirilib. 

"Cebhe.info" xəbər verir ki, ölkənin cənubundakı Rio Qrande-du-Sul əyalətində ötən həftədən bəri yağan yağışlardan sonra baş verən daşqınlar səbəbindən can və mal itkiləri artır. Dövlət Mülki Müdafiəsi tərəfindən verilən açıqlamada ölənlərin sayının 107-yə, itkin düşənlərin sayının isə 136-ya yüksəldiyi deyilib. Açıqlamada 374 yaralının xəstəxanalarda müalicə olunduğu, axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyi bildirilib. Yerli KİV-in məlumatına görə, hələ də minlərlə insana elektrik enerjisi və internet xidməti verilmir. Ölənlərin sayının daha da artacağı təxmin edilir. 

Nigar Hacılı 
"Cebhe.info"