Davudoğlu sözlərinə aydınlıq gətirdi: “AKP seçicilərinə...”

Türkiyənin Gələcək Partiyasının sədri Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə bağlı dediyi fikirlərə aydınlıq gətirib.
"Cebheinfo.az" xəbər verir ki, siyasətçi AKP-dən heç qopmadığı sözlərinin səhv anlaşıldığını deyib.
O, "Halk TV"-də qonaq olarkən mesajının AKP seçicilərinə yönəldiyini söyləyib:
"Mən açıqlamamda sizdən qopmadım, partiya prinsiplərindən ayrıldım dedim. Bu, AKP-yə qayıtma mesajı deyildi, partiyaya dəstək verənlərə mesaj idi. Yəni əslində AKP seçicilərinə mesaj ünvanlamışdım".
Elmir Mustafa
"Cebheinfo.az"