Dəməşqdə məsciddə izdiham: 3 nəfər ölüb

Dəməşqdə  məsciddə izdiham: 3 nəfər ölüb

Suriyanın paytaxtı Dəməşqdə Əməvi məscidində izdiham yaşanıb.

"Cebheinfo.az" xəbər verir ki, bugün Dəməşqdə cümə namazı zamanı baş verən izdiham insan itkisi ilə nəticələnib.

İlkin məlumata görə, izdiham nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Sosial şəbəkələrdə məsciddə vətəndaşların yaralılara ilkin yardım göstərdiyi görüntülər yayılıb.

Nigar 
"Cebheinfo.az"