Əfqanıstanda məscidə hücum: 6 ölü

Əfqanıstanda məscidə hücum: 6 ölü

Əfqanıstanda şiə məscidinə hücum edilib.

“Cebhe.info” xəbər verir ki, Əfqanıstanın qərbindəki Herat əyalətində İmam Zaman məscidinə motosikletli silahlı şəxslər atəş açıb.

Məlumata görə, hücum nəticəsində bir qadın və bir uşaq olmaqla ən azı 6 şiə öldürülüb. Məscidin imamı da həlak olub, bir neçə nəfər yaralanıb.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib. 

Qeyd olunur ki, bu bölgə dəfələrlə İŞİD yaraqlılarının hücumuna məruz qalıb. 

İranın Əfqanıstandakı səfirliyi bu məscidə hücumu pisləməklə yanaşı, İslam Respublikasının terrorizmlə mübarizədə Əfqanıstan hökuməti ilə əməkdaşlığı gücləndirməyə hazır olduğunu bildirib.

Yunis Abdullayev
“Cebhe.info