Ərdoğan: "Qəzza ilə bağlı BMT qətnaməsinin icrasına səy göstərəcəyik"

Ərdoğan: "Qəzza ilə bağlı BMT qətnaməsinin icrasına səy göstərəcəyik"

Türkiyə müsəlmanların müqəddəs Ramazan ayında Qəzza zolağında dərhal atəşkəs elan edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qətnaməsinin yerinə yetirilməsi üçün səy göstərəcək.

Bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan martın 31-nə təyin edilmiş yerli seçkilər ərəfəsində ölkənin cənub-şərqində yerləşən Batman şəhərində keçirilən mitinqdə deyib.

“BMT Təhlükəsizlik Şurasının Qəzzada atəşkəslə bağlı qərarını alqışlayırıq. Bu qətnamənin həyata keçirilməsi üçün mümkün olan hər şeyi edəcəyik və Qəzzadakı qardaşlarımız üçün ən qısa zamanda sülh və əmin-amanlığın təmin edilməsi üçün lazımi səyləri göstərəcəyik. İsrailin BMT-də qəbul edilən qərara əməl etməsi üçün Qərbi ərköyün övladına qarşı təzyiqləri artırmaq lazımdır”, - Ərdoğan söyləyib.

"Cebhe.info"