Goranboyda minik avtomobilli aşıb
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Səfikürd kəndinin yaxınlığında qeydə alınıb.
Hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü 1994-cü il təvəllüdlü Hamlet Rəhimov və onun anası 1967-ci il təvəllüdlü Məhbubə Rəhimova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
"Cebhe.info"