İtaliyanın "Yuventus" klubu heyətini gücləndirib

İtaliyanın "Yuventus" klubu heyətini gücləndirib

İtaliyanın "Yuventus" klubu cari mövsümün sonuna yaxın ilk transferini reallaşdırıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, "ağ-qaralar" A Seriyasında çıxış edən "Monza"nın qapıçısı Miçel Di Qreqorionu heyətinə qatıb.

Keçidin yaxın günlərdə rəsmən açıqlanacağı bildirilib. 26 yaşlı qolkiperlə 5 illik müqavilə bağlanacaq.

Qeyd edək ki, cari mövsüm "Monza"nın heyətində 33 oyuna çıxan Qreqorio 35 qol buraxıb, 14 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb.

"Cebhe.info"