Ərdoğan: “Yeni Konstitusiya üzərində işlərə başladıq”

Ərdoğan: “Yeni Konstitusiya üzərində işlərə başladıq”

Prezident Rəcəb Tayyib Ərdoğan yeni konstitusiya ilə bağlı görülən işlər haqqında danışaraq, “Dünən etibarilə 10 hüquqşünas dostumu bu iş üçün təyin etdim. Bu işlə birlikdə yeni konstitusiya hazırlıqlarını aparacağıq”, - deyə bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Ərdoğan bu fikirləri partiyasının mərkəzi qərargahında keçirilən, Genişləndirilən Vilayət Sədrləri Toplantısında çıxışı zamanı səsləndirib.

Yeni konstitusiya ilə bağlı danışan Ərdoğan, 10 hüquqşünasın bu işə cəlb edildiyini qeyd edərək belə deyib:

“Dünəndən etibarən 10 hüquqşünas dostumu təyin etdim. Bu işlə birlikdə yeni konstitusiya hazırlıqlarını aparacağıq”.

Komissiyada kimlər olacaq? 

Komissiyaya sədr müavini Cevdet Yılmazın başçılıq edəcəyi gözlənilir.

Bildirilir ki, komissiyanın tərkibinə AK Partiya sədr müavinləri Mustafa Elitaş və Efkan Ala, Partiya Məclisi Qrup sədrləri Abdulla Gülər, Qrup sədr müavinləri Özlem Zengin və Bahadır Yenişehirlioğlu, partiya sözçüsü Ömər Çelik və sədr müavinləri Hayati Yazıcı və Əli İhsan Yavuz, Antalya millət vəkili Serap Yazıçı Özbudun da daxil edilib. 

Komissiyanın planlaşdırılan kimi ilk iclasını keçirəcəyi və yay boyu işini davam etdirəcəyi gözlənilir. Prezident Ərdoğanın da vaxtaşırı komissiya iclaslarına sədrlik edəcəyi öyrənilib. AK Partiya 2023-cü il Seçki Manifestində “Türk Əsri üçün Yeni Konstitusiya” başlığı altındakı qiymətləndirmələri ilə yeni konstitusiya barədə qətiyyətini nümayiş etdirmişdi.

Bu başlıqda "Hüquq və azadlıqlar sahəsində indiyə qədər əldə edilən inkişafların və qarşıdakı dövrdə görüləcək işlərin qalıcı olacağı insan ləyaqətinə əsaslanan konstitusiya quruluşunun bərqərar olması ilə mümkün olacaq. Türk əsrinin açarı "Yeni konstitusiyadır" ifadələri yer almışdı.

Nigar
"Cebheinfo.az"