Erməni siyasətçilərin evlərində axtarış aparılır

Erməni siyasətçilərin evlərində axtarış aparılır

Bu dəqiqələrdə  erməni polisi Milli Demokratik Şuranın üzvü Jirair Səfilyanın mənzilində axtarış aparır. 

“Cebhe.info” xəbər verir ki, bu barədə “NEWS.am”-a polisdən məlumat verib.

Eyni mənbənin məlumatına görə, axtarışlar Karo Yeqnukyan, Aşot Petrosyan, Vaaqn Avaqyan və Vahe Qasparyanın da  mənzillərində aparılır.

Xatırladaq ki, İrəvanda Nor Nork polis şöbəsinə hücumdan sonra başlanmış iş çərçivəsində İstintaq Komitəsi Nor Nork polisinə hücumu törədən şəxslərin evlərində iyirmidən çox axtarış aparıldığını elan etmişdi. Axtarışlar nəticəsində istintaqı maraqlandıran sənədlər və əşyalar, o cümlədən silahlar, döyüş sursatı, planlar, diaqramlar, narkotik vasitəyə bənzər maddə və s. götürülüb.

“Milli Demokratik Qütb” kimi də tanınan bu şura mütəmadi olaraq ABŞ-lə müttəfiqlik münasibətləri qurmağa çağırır. Həmçinin təşkilatın bir neçə üzvü 2016-cı ildə İrəvanda patrul alayının ələ keçirilməsində iştirak edib.

Xəzər
“Cebhe.info”