Ermənistanda böyük təşviş

Ermənistanda böyük təşviş

Ermənistanda baş verən son daxili siyasi hadisələr hakim düşərgənin aşağı eşelonlarında ciddi narahatlıq doğurur.

“Cebhe.info” xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır. 

“Xüsusən də, “Mülki Müqavilə” Partiyasının üzvlərinin evlərinin və ofislərinin yaxınlığında partlayıcı qurğuların quraşdırılması və Nor Nork polis bölməsinə silahlı basqın edilməsi onların ürəyində qorxu hissi yaratdı, onlar amansız hadisələrdən qorxurlar. Ona görə ki, qurbanlar ilk növbədə, hakimiyyətin ən yüksək eşalonunun nümayəndələri, xüsusən də Ermənistandan kənarda sığınacaq tapacaq Nikol Paşinyan deyil, özləri olacaq. Mənbəmizin sözlərinə görə, bu səbəbdən parlamentdə qapalı müzakirələr artıq itaətkarlıq şəraitində keçmir, sıravi deputatlar hətta Paşinyanın mübahisəli qərarlarına qarşı çıxmağa cəsarət edirlər”, - deyə nəşr qeyd edir.

Xəzər
“Cebhe.info”