Fransa pensiya islahatından geri çəkiləcək?

Fransa pensiya islahatından geri çəkiləcək?

Son günlər pensiya islahatı ilə bağlı Fransada aksiyalar davam etsə də, bu istiqamətdə yeni bir adddımın atılacağı gözlənilir.

Cebhe.info xəbər verir ki, Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) Zirvə toplantısından sonra mətbuata açıqlamasında Makron ölkə daxilində pensiya islahatına qarşı təşkil edilən nümayişlərlə bağlı dəyərləndirmələr aparıb.

Nümayişlər zamanı zorakı fəalların təhlükəsizlik qüvvələrinə hücum etdiyi səhnələrin olduğunu xatırladan Makron, zorakılığa icazə verməyəcəklərini, demokratiyada zorakılığa yer olmadığını vurğulayıb.

Makron nümayişlərdə zorakılıqdan istifadəni pisləyib. “Ölkə bir yerdə dayana bilməz” deyən Makron işçiləri maraqlandıran məsələlərdə həmkarlar ittifaqları ilə danışıqlar apararaq irəliləməyə hazır olduqlarını bildirib.

Pensiya islahatının ləğv edilməsi üçün Konstitusiya Şurasına göndərildiyini xatırladan Makron buradan qərarın gəlməsini gözlədiyini bildirib.

Makron bəyan edib ki, İngiltərə kralı III Çarlzın Parisə səfəri “nümayişlər zamanı qonaqpərvərliyin qeyri-ciddilik kimi qəbul ediləcəyi üçün” təxirə salınıb.

Ölkədə sakitlik yarandıqda III Çarlzın səfərinin təşkilinin zəruri olduğunu bildirən Makron bu səfərin yayın əvvəlində ola biləcəyini bildirib.

Fransa Rəyasət Heyətindən verilən açıqlamada kral Çarlzın 26-29 mart tarixlərində Fransanın müxtəlif şəhərlərinə edilməsi planlaşdırılan səfərinin ölkədə artan etirazlar səbəbindən təxirə salındığı bildirilib.

Açıqlamada, təxirə salınma qərarının Kral Çarlz və Makron arasında telefon danışığından sonra iki ölkə hökumətləri tərəfindən verildiyi bildirilib.

Xatırladaq ki, Fransada pensiya islahatı martın 16-da parlamentdə səsə qoyulmadan qəbul edildikdən sonra islahat əleyhinə nümayişlərdə polislə nümayişçilər arasında münaqişə yaşanır.

Müxalifət və iqtidar islahatların Konstitusiyaya uyğun olub-olmadığını müəyyən etmək üçün Konstitusiya Şurasına müraciət etmişdi.

Dünən ölkə daxilində keçirilən nümayişlərdə 457 adam nəzarətə alınarkən, 441 polis və jandarma yaralanıb.

Nigar
Cebhe.info