Fransalı nazir Ermənsitanı belə müdafiə etdi
Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Stefan Sejourne “X” sosial şəbəkəsindəki mikrobloqunda Ermənistan, Yunanıstan və Moldovaya qarşıdakı səfərlərinin məqsədlərindən bəhs edən video yayımlayıb.
“Fransa diplomatiyası bu üç tərəfdaşla birlikdə Avropada sülh və suverenliyə sadiqdir. Ermənistan və Moldova demokratiya, müstəqillik və Avropaya gedən yolu seçdikləri üçün sabitliyi pozmaq cəhdləri və qəbuledilməz təzyiqlərlə üzləşirlər.
Fransa Ermənistanın yanındadır: o, tarixi tərəfdaşdır, dost ölkədir və bizim onun müstəqilliyinə, ərazi bütövlüyünə və sülh istəyinə dəstəyimiz sarsılmazdır. Bizim əməkdaşlığımız güclüdür və biz onu gücləndiririk. Biz Ermənistanın davamlılığını təmin etmək üçün strateji infrastrukturun inkişafını dəstəkləyirik”, -
Fransanın xarici işlər naziri qeyd edib.
Xatırladaq ki, Ermənistan Xarici İşlər Nazirliyinin mesajına əsasən, sentyabrın 16-da İrəvanda Ermənistan və Fransanın xarici işlər idarələrinin rəhbərlərinin görüşü baş tutacaq.
Xəzər
“Cebheinfo.az”