Həmdullah Şevli: "Van və Şuşa şəhərləri tarixdə oxşar faciəni yaşayıb

Həmdullah Şevli: "Van və Şuşa şəhərləri tarixdə oxşar faciəni yaşayıb

Türkiyə ilə Azərbaycan arasında, xüsusilə sərhədyanı bölgələrdə iqtisadi və mədəni əlaqələrin və qarşılıqlı turizmin inkişaf etdirilməsi məqsədilə Vanda “Türkiyə-Azərbaycan Regional Əməkdaşlıq Axtarışı Konfransı” keçirilib.

Cebhe.info xəbər verir ki, Türkiyənin Bakıdakı səfirliyi, Şərqi Anadolu İnkişaf Agentliyi (DAKA) və Van Yüzüncü Yıl Universiteti (YYü) ilə birgə keçirilən konfransda çıxış edən Van valisinin müavini Murat Yayabaşı iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinin vacib olduğunu bildirib.

Vanın dinamikası ilə güclü bir şəhər olduğunu bildirən Yayabaşı, şəhərin potensialını ortaya çıxarmaq üçün keçirilən konfransa əhəmiyyət verdiklərini deyib.

Van Yüzüncü Yıl Universitetinin rektoru, professor Həmdullah Şevli Van və Şuşa şəhərlərinin tarixdə oxşar faciəni yaşadığını vurğulayıb:

"Van 1915-ci ildə bəzi erməni quldur dəstələrinin üsyanı və rusların dəstəyi ilə işğal edilib. 150 mindən çox əhali sayı 7 min nəfərə düşüb. Bir çox insan ev-eşiyindən köçmək məcburiyyətində qaldı.

Van şəhəri demək olar ki, viran qaldı. Oxşar vəziyyət 1992-ci ildə Şuşada da oldu. Çoxlu azərbaycanlı qardaşlarımız həyatını itirdi. Eyni kədər orada da yaşandı. Universitet olaraq biz bir araya gəlib bu dramı akademik əməkdaşlıqla anlatmağımız lazımdır”.

Van Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Necdət Takva iki ölkə arasında əlaqələrin yaxşılaşdırılması üçün edilən təşəbbüslərin dəyərli olduğunu deyib.

Mədəni və iqtisadi əlaqələri inkişaf etdirmək üçün dəfələrlə Azərbaycanda olduqlarını qeyd edən Takva deyib:

"İki ölkə arasında strateji əməkdaşlıq mövcuddur. Hörmətli prezidentlərimiz bunu çox uğurla və dünyaya örnək ola biləcək səviyyədə davam etdirirlər. Təəssüf ki, yerli və regional əməkdaşlıq baxımından o qədər də uğurlu performans göstərmirik".

DAKA-nın Baş katibi Halil İbrahim Güray qonşu Azərbaycanla iqtisadi və mədəni əlaqələrin yaxşılaşdırılması üçün davamlı olaraq çalışdıqlarını bildirib.

Dost və qardaş ölkə Azərbaycanla əlaqələri “Bir millət, iki dövlət” şüarı çərçivəsində inkişaf etdirmək istədiklərini bildirən Güray sözlərinə deyib:

"İki ölkənin qurumlarını iqtisadi və akademik baxımdan bir araya gətirəcək, qarşılıqlı turizmi canlandırmaq üçün birgə layihələr həyata keçirmək üçün inkişaf agentliyi olaraq işləməyə davam edəcəyik.

Digər tərəfdən, Van Türkiyənin şərqinə giriş qapısıdır. Mərkəzi yerləşməsi, coğrafi gözəllikləri ,göl, sərin və təmiz havası, nəqliyyatı "Bölgədəki ölkələrin bütün imkanları ilə ticarət və turizm mərkəzi olmaq potensialına sahib olduğuna inanırıq.

Van əyalətimizin sahib olduğu imkanlara görə Azərbaycanla regional əməkdaşlığı inkişaf etdirmək üçün ən yaxın bölgələrdən biridir. Biz bu kontekstdə mühüm addım atmışıq”.

Konfransda Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, İnkişaf Agentliklərinin baş direktoru Barış Yeniceri və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Van millət vəkili Burhan Kayatürk videobağlantı ilə konfransa qatılıblar.

Türk dövlətləri, TİKA, TüRKSOY, Xaricdəki Türklər və Qohumlar Birliyi, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Vəqfi nümayəndələri, akademiklər, turizm nümayəndələri və iş adamları iştirak ediblər.

Nigar
Cebhe.info