Hindistanda festivalda izdiham zamanı 3 nəfər ölüb

Hindistanda festivalda izdiham zamanı 3 nəfər ölüb

Hindistanın şərqində yerləşən Odişa ştatında keçirilən festival zamanı yaranan basabas nəticəsində 3 nəfər həyatını itirib, təxminən 50 nəfər yaralanıb.

"Cebheinfo.az" “Hindustan Times” qəzetinə istinadən xəbər verir ki, Odişa ştatının Puri bölgəsində "Jagannath Rath Yatra" festivalı başlayıb.

Festival zamanı yerli vaxtla saat 04:00 radələrində bir məbədin yaxınlığına çox sayda insanın toplaşması nəticəsində izdiham yaranıb və 3 nəfər həlak olub.

Rəsmilər, yaralanan təxminən 50 nəfərdən 6-sının vəziyyətinin ağır olduğunu bildiriblər.

Hindistanın ən mühüm festivallarından sayılan Jagannath Rath Yatra zamanı bu cür hadisələrin daha əvvəl də baş verdiyi məlumdur.

Qeyd edək ki, bu festival əsasən Odişa və Gujarat ştatlarında hinduizm tanrılarından biri olan Lord Jagannathın şərəfinə keçirilir.

Nigar Hacılı 
"Cebheinfo.az"