İnsan alveri ilə məşğul olanlar belə cəzalandırıldı

Nigeriyanın cənubundakı Edo əyalətində adam oğurluğunda şübhəli bilinən 16 ovçu linç edilərək öldürülüb.
"Cebheinfo.az" xəbər verir ki, Edo əyalətinin polis sözçüsü Moses Yamu verdiyi açıqlamada, Rivers əyalətindən yük maşını ilə gedən sərnişinlərin Edo əyalətinin Uromi şəhərində bir qrup dəstə üzvü tərəfindən dayandırıldığını söyləyib.
Yamu qeyd edib ki, dəstə üzvləri "oğurluq" şübhəsi ilə tüfənglə silahlanmış sərnişinlər arasında 16 ovçunu linç edərək öldürüblər.
Yamu hadisə ilə bağlı 14 nəfərin saxlanıldığını və istintaqın davam etdiyini bildirib.
Nigar Hacılı
"Cebheinfo.az"