İrəvanın mərkəzində etiraz aksiyası başlayıb - YENİLƏNİB

İrəvanın mərkəzində etiraz aksiyası başlayıb - YENİLƏNİB

Ermənistanın paytaxtı İrəvanın mərkəzində etiraz aksiyası başlayıb.

“Report”  xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

“Vətən uğrunda Tavuş” müxalifət hərəkatı “Azatutyan” prospektində yolun bir hissəsini bağlayıb.

Bundan başqa, İrəvan Dövlət Universitetinin bir qrup tələbəsi tətilə başlayıb. Onlar müxtəlif fakültələrə daxil olaraq digər tələbələri tətilə qoşulmağa çağırırlar.

02:33

Bu gün səhər saat 10:00-dan etibarən Ermənistanda etiraz aksiyaları keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə "Vətən uğrunda Tavuş" müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan bildirib.

O, Ermənistanın tələbələrinə, ali təhsil müəssisələrinə, iş adamlarına bununla bağlı müraciət edib. Eyni zamanda heç bir aqressiya olmadan, yalnız bir neçə gün onlara dəstək verməyə çağırıb. “Bölgələrimizin sakinlərinə müraciət edirəm: - bu gecə geri qayıdın”, - o deyib. "İnsanlar bunun belə bir şəkildə baş verməsini, hakimiyyəti şoka salmasını istəyirlər, bizə başqa seçim qoymadınız", - Qalstanyan əlavə edib.

"Tətilə başlayırıq. Mən vilayətlərin sakinlərini də etiraz aksiyalarına başlamağa çağırıram", - arxiyepiskop vətəndaşları hakimiyyətə qarşı mübarizəyə səsləyib.

"Cebhe.info"