İsrail Livana zərbələr endirdi

İsrail Livana zərbələr endirdi

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənub hissələrinə zərbələr endirib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Al Manar” telekanalı yayıb. 

İlkin məlumata əsasən, zərbələr “Hizbullah” hərəkatının hərbi obyektlərinə endirilib. 

“Əl-Cəzirə” isə İsrail tərəfindən 30 dəqiqə ərzində 15 aviazərbə endirildiyini, təqribən 20-25 raket buraxıldığını bildirib. 

Qeyd edək ki, 2024-cü il noyabrın 27-də İsrail və Livanın “Hizbullah” hərəkatı arasında atəşkəsə dair razılaşma qüvvəyə minib. Yanvarda tərəflər atəşkəsin müddətini fevralın 18-nə qədər uzadıb.

"Cebheinfo.az"