Zelenski keçmiş müşavirinə sanksiya tətbiq etdi

Ukrayna Prezidenti Volodimir Zelenski keçmiş müşaviri Aleksey Arestoviçə qarşı sanksiyalar tətbiq edib.
Bununla bağlı fərman Ukrayna liderinin saytında dərc olunub.
Sanksiyalar on il müddətinə tətbiq edilib. Belə ki, ona uyğun olaraq aktivləri bloklanacaq, Arestoviçin sosial şəbəkələrdəki səhifələrinə giriş məhdudlaşdırılacaq, həmçinin onun Ukrayna ərazisində məlumat yayması qadağan ediləcək.
Qeyd edək ki, 2023-cü il yanvarın 14-də Dneprdə çoxmərtəbəli binanın girişinin çökməsinə Ukrayna qüvvələri tərəfindən vurulan raket səbəb olduğunu iddia edən Arestoviç həmin ilin yanvarında istefa verib. Daha sonra üzr istəyib və sözlərini səhv adlandırıb.
"Cebheinfo.az"