Cənubi Koreyanın müvəqqəti prezidenti istefa verdi

Cənubi Koreyanın prezidenti səlahiyyətlərini icra edən baş naziri Han Deok Su istefa verib.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
İyunun 3-də dövlət başçısı postuna yeni seçkilər keçiriləcək. Agentlik qeyd edib ki, Han Deok Su çox güman ki, prezidentliyə namizədliyini irəli sürəcək.
Cənubi Koreyanın Ali Məhkəməsi prezidentliyə əsas namizəd Li Jae-Myunqun işi ilə bağlı qərarını açıqlayıb. Məhkəmə ona bəraət verilməsilə ilə razılaşmayıb. Bu qərar onun namizəd olmaq yolunu bağlaya bilər.
"Cebheinfo.az"