ADY bu xətt üzrə əlavə qatar reysləri təyin etdi

ADY bu xətt üzrə əlavə qatar reysləri təyin etdi

ADY Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 9 və 11 may tarixlərində əlavə qatar reysləri təyin edir.

Bu haqda "Cebheinfo.az"a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Qeyd olunub ki, eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilərsiniz.

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

"Cebheinfo.az"