Ronaldonun komandası turnirdən ələndi: Özü isə...

Kriştiano Ronaldonun komandası “Al Nassr” Asiya Çempionlar Liqasının yarımfinal mərhələsində evdə Yaponiya təmsilçisi “Kawasaki Frontale”yə 3:2 hesabı ilə məğlub olaraq turnirdən kənarlaşdırılıb.
“Cebheinfo.az” xəbər verir ki, oyunun sonunda Ronaldonun kədərli halda etdiyi hərəkətlər diqqət çəkib. Ulduz futbolçunun kədərli anları social mediada sürətlə yayılıb.
Belə ki, Kriştiano Ronaldonun matçdan sonra özü ilə mübahisə etdiyi, əl və qol hərəkətləri ilə özünü günahlandırdığı müşahidə olunub.
Qeyd edək ki, qonaq komanda “Kawasaki Frontale”nin qollarını 10-cu dəqiqədə Tatsuya Ito, 41-ci dəqiqədə Yuto Ozeki və 76-cı dəqiqədə Akihiro Ienega vurub. Ev sahibi “Al Nassr”ın qollarına isə 28-ci dəqiqədə Sadio Mane və 87-ci dəqiqədə Ayman Yahya imza atıb.
Finala vəsiqə qazanan “Kawasaki Frontale” 3 may tarixində, türkiyəli futbolçu Merih Demiralın da çıxış etdiyi “Al Ahli” ilə qarşılaşacaq.
Əfsanə Rəcəb
“Cebheinfo.az”