Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının biletləri satışa çıxarılıb

Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının biletləri satışa çıxarılıb

21 may - 1 iyun aralığında Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının biletləri satışa çıxarılıb.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, oyunları izləmək istəyən azarkeşlər “iTicket” platformasında biletləri əldə edə bilərlər.

Açılış mərasimi mayın 21-də, saat 19:00-da Milli Gimnastika Arenasında start götürəcək. Açılış mərasimində türkiyəli məşhur müğənni Aleyna Tilki, Azərbaycanın Xalq artisti Aygün Kazımova çıxış edəcəklər.

Azərbaycan yığması 32 komandanın iştirak edəcəyi mundialın A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq.

Digər qrupların tərkibi aşağıdakı kimidir:

B qrupu

Rumıniya

Fransa

Çad

Özbəkistan

C qrupu

Macarıstan

Ukrayna

İngiltərə

Türkiyə

D qrupu

Slovakiya

Bolqarıstan

Portuqaliya

Hindistan

E qrupu

Meksika

Monteneqro

Tayland

Kosta Rika

F qrupu

Qazaxıstan

ABŞ

Bosniya və Herseqovina

Polşa

G qrupu

Çexiya

Gürcüstan

BƏƏ

Argentina

H qrupu

Serbiya

Qana

İspaniya

İsrail

​​​​​​"Cebheinfo.az"