Mövsümün ən yaxşı futbolçusu adına 4 namizəd

Mövsümün ən yaxşı futbolçusu adına 4 namizəd

PSJ klubunun dörd üzvü Fransa Liqa 1-də mövsümün ən yaxşı futbolçusu adına namizəddir.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, bu siyahını Fransa Peşəkar Futbolçular İttifaqı tərtib edib.

Beş namizəddən dördü Paris təmsilçisində çıxış edir. Bunlar Usman Dembele, Dezire Due, Əşrəf Hakimi, Vitinya (hamısı PSJ) və Rayan Şerkidir ("Lion").

Qalibin adı mayın 11-də açıqlanacaq.

Qeyd edək ki, ötən il bu mükafata hazırda İspaniyanın "Real" komandasında çıxış edən PSJ-nin sabiq hücumçusu Kilian Mbappe layiq görülüb.

​​​​​​"Cebheinfo.az"