Böyük Qayıdış prosesi uğurla davam edir - FOTOLAR

Böyük Qayıdış prosesi uğurla davam edir - FOTOLAR

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesi uğurla davam edir.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilir ki, işğaldan azad edilmiş yenidən qurulan şəhər və kəndlərdə əhalinin dayanıqlı şəkildə yerləşməsi ilə yanaşı, məşğulluğun təmin olunması əsas prioritetlərdən biridir. Otuz ilə yaxın bir müddətdə dağıdılmış, xarabalığa çevrilmiş Qarabağ və Şərqi Zəngəzur bu gün inkişaf, yenidənqurma və rifah dövrünə qədəm qoyur.

Bu proses yalnız bərpa deyil, həm də qalıcı sosial rifahın və daimi yaşayışın təməlidir.

​​​​​​"Cebheinfo.az"