32 il sonra bir arada - FOTOLAR

32 il sonra bir arada - FOTOLAR

Xalq artisti Firəngiz Mütəllimovanın sosial şəbəkə hesabında paylaşdığı foto maraqla qarşılanıb.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, aktrisa 32 il əvvəl çəkildiyi filmdə qızı rolunu canlandıran xanımla fotosunu paylaşıb.

“Mənim ağ şəhərim”də balaca qızımı oynayan Fidan... İllər necə sürətlə keçib. Maşallah balama”,- sənətçi paylaşımında bildirib.

Xatırladaq ki, 1993-cü ildə ekranlaşdırılan “Mənim ağ şəhərim” filmində mərhum Xalq artistləri Siyavuş Aslan, Rafael Dadaşov, Amaliya Pənahova, Yaşar Nuri də rol alıb.

Qeyd edək ki, bu gün Xalq artisti Firəngiz Mütəllimovanın doğum günüdür. O, 66 yaşını qeyd edir.

​​​​​​"Cebheinfo.az"