“İnci Taneleri" ilə bağlı qərar ləğv olundu

Türkiyənin “Kanal D” telekanalının iddialı seriallarından olan “İnci Taneleri” ilə bağlı sürpriz gəlişmə yaşanıb.
“Cebheinfo.az” xəbər verir ki, ekran işinin final qərarı ləğv edilib.
Layihənin son bölümlərdə reytinqlərinin yüksəlməsi səbəbi ilə davam etdirilməsi qərarlaşdırılıb. Serialın “Instagram” hesabında edilən paylaşımda ikinci sezonunun 3 bölüm sonra bitəcəyi açıqlanıb. Eyni zamanda, digər paylaşımlarda “İnci Taneleri”nin 3-cü mövsümünün çəkiləcəyi də qeyd olunub.
Elmir
“Cebheinfo.az”