KİV: Uolts ABŞ milli təhlükəsizlik müşaviri vəzifəsini tərk edə bilər

Ağ Ev rəhbərinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uolts və onun müavini Aleks Vonq tutduqları vəzifələrdən istefa verə bilərlər.
Bu barədə "CBS News" telekanalının müxbiri Cennifer Ceykobs bildirib.
"Məsələ ilə tanış olan mənbə deyir ki, milli təhlükəsizlik müşaviri Mayk Uolts və onun müavini Aleks Vonq postlarını tərk edəcəklər", - o bildirib.
Öz növbəsində “Politico” iddia edir ki, ABŞ lideri Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff bu postda Uoltsu əvəz edə bilər.
"Cebheinfo.az"