Maştağada məktəblilər arasında piyada mədəniyyəti təbliğ olunur – “Oriqami” İB yeni layihəyə start verib

“Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il kiçik qrant müsabiqəsi çərçivəsində Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən ümumtəhsil məktəblərində “Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin icrasına start vermişdir.
"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, layihənin icra müddəti: başlanma tarixi 01 may 2025 -ci il, bitmə tarixi 31 iyul 2025 -ci il “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi bildirir ki, 01/05/2025-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən təhsil ocaqlarında “Yeniyetmələrə yol hərəkətinion təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması“ layihəsinin icrasına başlamışdır. Yeniyetmə qız və oğlanların maarifləndirilməsi istiqamətində icra olunacaq “Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması “layihəsinin icrası Sabunçu rayonu Maştağa qəsəbəsi K.Məmmədov adına 209 № li., C.Cabbarlı adına 187 № li , 255 № li, C.Nurməmmədov adına 108 № li ,Ə.Vahid adına 293 № li tam orta məktəblərdə VI-VII sinif şagirdləri arasında planlaşdırılır. Hər bir təhsil ocağından 30 nəfər şagird olmaqla, şagirdlərin könüllülük prinsipi əsasında, məktəbin müdiriyyəti ilə razılaşdırılaraq, layihəyə cəlb olunması gözlənilir.
Layihənin məqsədi qız və oğlanlar üçün yol hərəkətinin təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirlərini daha da gücləndirmək, “kuçə”, “yol”, ”keçidlə”. ictimai nəqliyyatda hərəkət edərkən müxtəlif situasiyalarda piyadalara düzgün davranış qaydaları aşılamaqdır.
Layihə çərçivəsində hər bir layihə iştirakçısının Sertifikat, xatirə hədiyyələri ilə rəğbətlənməsi, layihədə təmsil olunan məktəblərə Vımpellərin və Diplomların təqdim olunması KİV-də, 3 media qurumunda ödənişli informasıya yayımının təşkili nəzərdə tutulur.
"Cebheinfo.az"