"Qalatasaray"ın Leroy Saneyə təklif etdiyi maaş bəlli oldu

"Qalatasaray"ın Leroy Saneyə təklif etdiyi maaş bəlli oldu

Türkiyənin "Qalatasaray" klubu almaniyalı hücumçu Leroy Saneyə illik yeddi milyon avroluq maaş təklif edib.

Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, "sarı-qırmızılar" ulduz futbolçunu transfer etmək üçün "Bavariya" klubu ilə danışıqları davam etdirirlər.

"Qalatasaray" transfer dəyəri 38 milyon avro olan futbolçu üçün "Bavariya"ya 20 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Leroy Sane bu mövsüm çıxdığı 42 oyunda 12 qol, beş məhsuldar ötürmə ilə yadda qalıb.

​​​​​​"Cebheinfo.az"