1,4 milyon suriyalı evinə qayıdıb

1,4 milyon suriyalı evinə qayıdıb

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı 2024-cü il dekabrın 8-də Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra 1,4 milyondan çox suriyalının öz evinə qayıtdığını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, BMT QAK-ın X sosial media platformasında suriyalıların evlərinə qayıtması ilə bağlı paylaşım edilib.

“1,4 milyondan çox suriyalı Əsəd rejiminin devrilməsindən bəri illərlə məcburi köçkünlükdən sonra öz evlərinə qayıdır”,- deyə vurğulanan yazıda suriyalılar üçün ümidin olduğu, lakin onların həyatlarını yenidən qurmasının asan olmadığı bildirilir.

Yazıda suriyalıların sığınacaq, sağlamlıq, təhsil və dolanışıq da daxil olmaqla bir çox sahədə dəstəyə ehtiyacı olduğu qeyd edilərək, ailələrin həyatlarına yenidən başlamasına kömək etmək üçün səylərə dəstək çağırışı var.

Nigar Hacılı 
"Cebheinfo.az"