Onun ABŞ-yə girişi qadağan edilə bilər

Oskar mükafatlı aktyor Corc Kluninin insan haqları üzrə vəkil olan həyat yoldaşı Amal Kluni ABŞ sanksiyaları ilə üzləşə bilər.
“Cebheinfo.az” xəbər verir ki, Livan əsilli Britaniya vətəndaşı Amal Kluninin ABŞ-yə girişinə icazə verilməməsi təhlükəsi var.
O, Beynəlxalq Cinayət Məhkəməsində (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallanta qarşı hərbi cinayətlər üzrə istintaqda hüquqi məsləhətçi qismində iştirak edir.
ABŞ-nin keçmiş prezidenti Donald Trampın administrasiyası bu ilin fevral ayında BCM rəsmilərinə qarşı sanksiyalar tətbiq edən fərman imzalayıb.
ABŞ, BCM-nin Netanyahunun həbsinə dair mümkün qərarını qanunsuz hesab edir.
Qeyd edək ki, Corc Kluni əvvəlki prezident seçkilərində Donald Trampın rəqibini açıq şəkildə dəstəkləyib və namizədin müəyyənləşməsində mühüm rol oynayıb.
Əfsanə Rəcəb
“Cebheinfo.az”