İran “Mossad” agentini edam etdi

İranda İsrailin kəşfiyyat orqanı “Mossad”a casusuluq etməkdə ittiham olunan İsmayıl Fikri adlı şəxs Ali Məhkəmənin hökmü ilə dar ağacından asılıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Tabnak” informasiya agentliyi məlumat yayıb. Qeyd edilir ki, İsmayıl Fikri dövlət quruluşuna qarşı silahlı üsyan törətməkdə ittiham edilib.
Onun İsrail kəşfiyyatı ilə əməkdaşlıq etdiyi müddətdə iki “Mossad” zabiti ilə əlaqə saxladığı bildirilir. Dövlət ittihamına görə, Fikri ölkə haqqında məxfi məlumatları İranın düşmənlərinə çatdırmağa və bunun müqabilində mükafat almağa çalışıb.
Müşfiq Abdulla
“Cebheinfo.az”