I sinifə qəbul üzrə daha 4 000 nəfər qeydiyyatdan keçib

Artıq 4 000-dən çox istifadəçi şəxsi kabinet yaradaraq qeydiyyatdan uğurla keçib.
Bu barədə MÜTDA-dan məlumat verilib.
Əlavə olaraq prsoeslə bağlı bir sıra tarixlər açıqlanıb:
Tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibə və seçim:
6–20 may – digər dillərdə tədris olunan bölmələr üzrə I sinfə qəbul üçün müsahibələrə yazılma mərhələsi.
12–31 may – müsahibələrin keçirilməsi.
17 iyun – 12 sentyabr – müsahibədən uğurla keçən uşaqlar üçün məktəb və müəllim seçimi
Prioritetli məktəblərə qəbul (Bakı, Sumqayıt, Gəncə, Abşeron):
Azərbaycan bölməsi üzrə:
6 may, saat 11:00 – 5 iyun
Digər dillərdə tədris üzrə:
17 iyun, saat 11:00 – 17 iyul
Bu tarixlərdə prioritetli məktəblərə müraciətlər prioritet əsaslı qəbul olunacaq. Sonradan isə həmin məktəblərə qəbul sərbəst şəkildə həyata keçiriləcək.
Prioritet tətbiq olunan məktəblərin siyahısı müvafiq yerli təhsil idarələri və mektebeqebul.edu.az portalı vasitəsilə açıqlanacaq.
Qəbul prosesi 12 sentyabr 2025-ci il tarixində başa çatacaq.
"Cebheinfo.az"