İsrailli nazir Səudiyyə Ərəbistanına getdi 

İsrailli nazir Səudiyyə Ərəbistanına getdi 

İsrailin turizm naziri Haim Katz Birləşmiş Millətlər Təşkilatının konfransı üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gedib.

Cebhe.info xəbər verir ki, bu barədə İsrailin Turizm Nazirliyindən verilən yazılı açıqlamada bildirilib.

Katzın iki günlük səfəri çərçivəsində xüsusilə Yaxın Şərqdən olan həmkarları ilə görüşlər keçirəcəyi qeyd edilib.

Səudiyyə Ərəbistan mediası İsrailin turizm nazirinin səfərini bu ölkədən ilk nazir səfəri kimi qeydə alıb.

Xatırladaq ki, İsrail və Səudiyyə Ərəbistanın hələlik diplomatik əlaqələri yoxdur.

İsrailli nazirin Səudiyyə Ərəbistana səfəri Səudiyyə Ərəbistan Şahzadəsi Məhəmməd bin Salman və İsrailin Baş naziri Binyamin Netanyahunun iki ölkə arasında normallaşma razılaşması üçün aparılan danışıqlarla bağlı verdiyi müsbət mesajlardan sonra baş tutub.

Salman "Fox" televiziyasına verdiyi son müsahibədə İsraillə normallaşma razılaşmasına hər gün daha da yaxınlaşdıqlarını bildirilib.
Netanyahu isə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasındakı çıxışında da Səudiyyə Ərəbistan ilə tarixi razılaşmanın astanasında olduqlarını bildirib.

Nigar Hacılı
Cebhe.info