Kılıçdaroğlu qurultayda namizəd olacaq? - Özü danışdı

Kılıçdaroğlu qurultayda namizəd olacaq? - Özü danışdı

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Kamal Kılıçdaroğlunun yenidən partiya sədrliyinə namizəd olacağı iddiaları durmadan artmaqdadır. 

“Cebheinfo.az” xəbər verir ki, siyasətçinin 6-8 sentyabr tarixlərində keçiriləcək CHP qurultayında partiya sədrliyinə namizəd olacağı deyilir.

Hətta CHP-nin Elazığdan olan millət vəkili Gürsel Erol da bu barədə açıqlama verib. 

O, Kılıçdaroğlunun namizəd olmayacağını söyləyib. Lakin onun gündəmi zəbt edən sözlərinə sabiq sədrdən reaksiya gecikməyib. “Sözcü”-yə açıqlama verən Kamal Kılıçdaroğlu deputata cavab verib: 

“Bu, deputatın şəxsi fikridir. Mənim bu barədə nə isə deməyimə ehtiyac yoxdur”. 

Qeyd edək ki, 6-8 sentyabrda keçiriləcək CHP qurultayı seçkili qurultay deyil. Yəni orada partiya sədri seçkisi keçirilməyəcək. Amma buna baxmayaraq, son günlərdə qurultayın seçkili qurultaya çevrilə biləcəyi iddia olunurdu. 

Elmir Mustafa 
“Cebheinfo.az”