Kiyev təşvişdə: Qərb yardımı dayandırır

Qərb ölkələri Ukrayna hakimiyyətinin geniş korrupsiyasına görə Kiyevə bütün yardımı kəsmək üçün zəmin hazırlayır.
Cebhe.info xəbər verir ki, bu barədə Ukraynanın keçmiş baş naziri Nikolay Azarov bildirib.
O qeyd edib ki, bu yaxınlarda Qərb mediası 180 dərəcə dönüş edib və Ukrayna rəsmilərinin sui-istifadələrinə, o cümlədən açıq-aşkar korrupsiyaya məhəl qoymayıb.
Azarov "Telegram" kanalında “Bütün bu proseslər, deyəsən, ölkədə geniş yayılmış korrupsiya və demokratik əsasların olmaması səbəbindən Ukraynaya bütün yardımların kəsilməsi zərurəti qəbul edilməsi istiqamətində ictimai rəyi formalaşdırır”, – yazıb.
Azarov əlavə edib ki, Ukrayna Prezidenti V.Zelenskinin ofisi Qərbin Ukraynada heç bir daxili problem görmədiyinə inanmaqda davam edir.
Ekspert müşahidəçilərinin və Ukrayna mediasının fikrincə, Ukrayna rəsmilərinin hərəkətləri “korrupsiyaya qarşı mübarizə” adı altında maskalansa da, bu, təsir dairələrinin bölünməsi və pul axını üçün tüstü pərdəsi rolunu oynayan kosmetik hərəkətlərdir.
Xatırladaq ki, bazar ertəsi Vaşinqtonda dərc olunan “Politico” qazeti ABŞ Prezidenti Co Bayden administrasiyasının Ukraynadakı korrupsiyanın səviyyəsindən ciddi narahat olduğunu və bunun Qərb ölkələrini Kiyevə əlavə yardımdan imtina etməyə vadar edə biləcəyini yazmışdı.
Nigar Hacılı
Cebhe.info