Latviyanın XİN başçısı qalmaqala görə istefa verdi

Latviyanın XİN başçısı qalmaqala görə istefa verdi

Latviyanın xarici işlər naziri Krisjanis Karins istefa verəcəyini açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə "Delfi" nəşri yazıb.

O, bu qərarı baş nazir Evika Silina ilə görüşdən sonra verib. Nazir aprelin 10-da vəzifəsini tərk edəcək.

Ötən həftə Latviya Baş Prokurorluq Karinsin hökumətə rəhbərlik etdiyi dövrdə onun xüsusi reyslərdən ezamiyyətə getməsi ilə bağlı cinayət işi açıb. Latviya KİV-lərinin məlumatına görə, baş nazir və onun əməkdaşlarının xüsusi reyslərlə daşınması üçün büdcədən təxminən 614 min avro, Avropa İttifaqının ödədiyi xərclərlə birlikdə isə 1,36 milyon avro ayrılıb.

Karins 2019-2023-cü illərdə hökumətə rəhbərlik edib. O , NATO-nun baş katibi postuna mümkün namizədlərdən biri hesab olunurdu.

"Cebhe.info"