Mirzoyanı döyən şəxs Avropa Məhkəməsinə şikayət edib

Mirzoyanı döyən şəxs Avropa Məhkəməsinə şikayət edib

44 günlük müharibədən sonra həmin vaxt Ermənistan parlamentinin sədri olan (hazırda XİN başçısı - red.) Ararat Mirzoyana hücumla bağlı həbs edilən şəxs AİHM-ə müraciət edib.

Modern.az xəbər verir ki, bunu “Joğovurd” qəzeti yazıb.

Nəşr yazır ki, Mirzoyanı döyən Ara Badoyanın işi üzrə, AİHM artıq Ermənistandan sənədlər və əlavə məlumat tələb edib.

İrəvanda iğtişaşlar 2020-ci il noyabrın 10-na keçən gecə üçtərəfli bəyanatın imzalanmasından sonra baş verib. Çoxsaylı sınıqlar və digər xəsarətlər alan Mirzoyan huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib.

"Cebheinfo.az"